Gənc sərhədçilər Vətənə sədaqət andı içiblər - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında da  gənc əsgərlərin andiçmə mərasimi keçirilib.                                        

Mərasimə hazırlıq barədə raport verildikdən sonra diviziyanın döyüş bayrağı sıra meydanına gətirilib.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəis müavini, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri general-mayor Niyaməddin Tağıyev qeyd edib ki, son illər həyata keçirilən ardıcıl tədbirlər nəticəsində Sərhəd Diviziyasının maddi-texniki bazası xeyli möhkəmləndirilib, sərhəd zastavaları müasir texnika, avadanlıq və ləvazimatlarla təmin olunub, yeni sərhəd infrastrukturu yaradılıb. Bütün bunlar muxtar respublika sərhədlərinin etibarlı şəkildə qorunmasına və toxunulmazlığına təminat verir.

Niyaməddin Tağıyev  hərbi andı qəbul edən gənc əsgərləri təbrik edib, onlara şərəfli xidmətlərində uğurlar arzulayıb.   

Sonra  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər əsgərlərə  onlara şərəfli xidmətlərində uğurlar arzulayıblar.

Sonra andiçmə mərasimi açıq elan olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Gənc əsgərlər vətəni ləyaqətlə  qoruyacaqlarına, əsgəri borclarını şərəflə yerinə yetirəcəklərinə and içiblər.

Mərasim şəxsi heyət tribuna önündən təntənəli keçidi ilə başa çatıb.  

  

 

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: