Kənd təsərrüfatının dinamik inkişaf etdiyi Babək rayonunda taxılçılığa xüsusi maraq göstərilir. Torpaq mülkiyyətçilərinə verilən subsidiyalar, gübrələr, texnika və texnoloji avadanlıqlar, əkin sahələrinin suvarma təminatının yaxşılaşdırılması əkilən taxıl sahələrinin genişləndirilməsinə imkan verir.
Məlumat üçün deyək ki, təkcə ötən il 10 min 610 hektar taxıl sahəsindən 33 min 707 ton məhsul götürülüb.
Torpaq mülkiyyətçiləri 2019-cu ilin payızında 2020-ci ilin məhsulu üçün taxıl əkini sahələrini daha da genişləndiriblər. Belə ki, 11 min 540 hektar sahədə əkin aparılıb. 2018-ci ilə nisbətən taxıl əkini sahəsində 930 hektar artım müşahidə olunub.
“Şərqin səhəri” qəzeti