Şahbuz rayonunda 109 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb

A- A A+

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon İdarəsi tərəfindən 2019-cu il ərzində daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan istifadəyə nəzarəti diqqətdə saxlanılıb. Vətəndaşların müraciətləri əsasında 93 fərdi yaşayış evinə, 15 mənzilə, 1 qeyri-yaşayış sahəsinə məxsus olmaqla, 109 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb.

Plan-ölçünün hazırlanması üçün 139, hüquqların dövlət qeydiyyatına alınması üçün 273 müraciətə baxılıb. Əvvəlki illə müqayisədə hazırlanan texniki sənədlərin sayı artıb. Texniki sənədlərin hazırlanması zamanı əmlaklara yerində baxış keçirilib, 156 müayinə aktı yazılıb.

Rayonun 13 yaşayış məntəqəsində torpaq sahələrinin plana alınması başa çatdırılıb. 14 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilib, 82 vətəndaşın müraciəti qəbul olunaraq icra edilib .

         

        “Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: