Şərur rayonunda soyuducu anbar yaradılıb

A- A A+

Şərur rayonunda  kənd təsərrüfatı  məhsullarının istehsalının artırılması məqsədilə aqrar sektorda kompleks tədbirlər həyata keçirilib, daxili bazarda məhsul bolluğu yaradılıb.

Beləki, əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə rayonda dörd soyuducu anbar yaradılıb, üç soyuducu anbar genişləndirilib, bir soyuducu anbarın yaradılması və bir soyuducu anbarın genişləndirilməsi davam etdirilib. Bundan əlavə, rayonun Ələkli kəndində istixana təsərrüfatının yaradılması davam etdirilir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası rayonda əhalinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə geniş imkanlar yaradır.

                                                                                        

                                                                                        “Şərurun səsi”qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: