Şərur rayonunun yeni quruculuq ünvanları - FOTOLAR
Şərur rayonunda quruculuq ünvanlarının sayı hər keçən gün artmaqdadır. Belə ki, təhsil sahəsi üzrə infrastruktur quruculuğu tədbirləri çərçivəsində rayonun Kərimbəyli ,Xələc,Yeni Havuş, Xətai və Muğanlı kəndində tam orta məktəb binası yenidən qurularaq şagirdlərin istifadəsinə verilib.
Bundan əlavə, Muğancıq Mehrab kəndində məktəb binasının yenidən qurulması davam etdirilir.
Səhiyyə infrastrukturunun yenilənməsi istiqamətində Kərimbəyli və Muğanlı kəndlərində həkim ambulatoriyası binasının tikintisi, Şərur Rayon Uşaq Xəstəxanasının yenidən qurulması, Şərur Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri başa çatdırılıb. Məmmədsabir kəndində həkim ambulatoriyası binasının tikintisi davam etdirilib.
Bu dövr ərzində Şərur şəhərində Təqaüdçülər Klubunun yenidən qurulması, Şərur Rayon Mədəniyyət Sarayının tikintisi isə davam etdirilir.
“ Şərurun səsi” qəzeti