Babək rayonunda əhalinin məşğulluğunun təmin olunması diqqət mərkəzində saxlanılır. Belə ki, 2019-cu ildə rayon Məşğulluq Mərkəzi tərəfindən 470 işaxtaran vətəndaş qeydiyyata alınıb və bunlardan 413-ü işlə təmin olunub. Bu dövrdə əmək bazarının tələbləri nəzərə alınaraq 80 işaxtaran vətəndaş müxtəlif peşə kurslarına göndərilib, 44 nəfər isə ictimai işlərə cəlb olunub. 2019-cu ilin yanvar-sentyabr aylarında rayonda 333 yeni iş yeri açılıb.
Qeyd edək ki, ünvanlı sosial yardım alan vətəndaşlardan 21-i özünüməşğulluq proqramına cəlb olunub.
“Şərqin səhəri”qəzeti