Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisində biotexniki tədbir keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Ordubad Dövlət Təbiət Yasaqlığının heyvanat aləminin kompleks məskunlaşdığı ərazilərində və miqrasiya dəhlizlərində biotexniki tədbir keçiriblər.

Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisində aparılan biotexniki tədbirlər zamanı yaz aylarında tədarük olunmuş ot, daş duz və müxtəlif qaba yemlər heyvanların keçid yerlərinə dağıdılıb. 

Qeyd edək ki, bu tədbirlər xüsusi mühafizə olunan təbiət ərazilərində və heyvanat aləminin daha çox məskunlaşdığı sahələrdə davam etdirilir.                         

                                                                                  Vaqif Ağalarov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: