Naxçıvan Dövlət Universitetində təşkil edilən ilk laborator-təlimlər uğurla başa çatıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində muxtar respublika üzrə ümumtəhsil məktəblərinin fizika, kimya və biologiya müəllimləri üçün 5 günlük laborator-təlim təşkil olunub. Hər ixtisasdan 30 nəfər olmaqla, ümumilikdə 90 müəllimin  iştirak etdiyi təlim uğurla başa çatıb. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev müəllimlərin gələcək peşə bacarıqlarının formalaşmasına, orta məktəblərdə tədris etdikləri dərslərlə əlaqədar təcrübi biliklərin artırılmasına xidmət edən təlimin əhəmiyyətini qeyd edib. Rektor müvafiq Sərəncamlara uyğun olaraq ali və orta məktəblərin birgə fəaliyyətinin səmərəsini, qarşılıqlı sürətdə aparılan işlərin gələcək peşə hazırlığı istiqamətində əhəmiyyətini diqqətə çatdırıb . Təlim keçən müəllimlərin peşəkarlığını yüksək qiymətləndirərək  təşəkkürünü bildirib.

Sonra Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək qeyd edib ki, muxtar respublikada təhsil və ixtisaslı mütəxəssis hazırlığı dövlət siyasətinin prioritet istiqamətlərindən sayılır. Naxçıvan Muxtar Respublikasında təhsilə göstərilən dövlət qayğısının, 200-dən çox təhsil müəssisəsinin tikilməsi və yenidən qurulması, maddi-texniki bazasının yaxşılaşdırılması, elektron lövhə və kompüterlərlə, dərsliklərlə, fənn kabinələri və laboratoriyalarla təminatının nəticəsidir ki, təhsilin keyfiyyəti hər il yüksəlir, ali təhsil müəssisələrinə tələbə qəbulunun keyfiyyət göstəricilərində davamlı artım dinamikası müşahidə edilir. Vurğulanıb ki, ümumtəhsil məktəblərində dəqiq elmlərin tədrisi səviyyəsinin yaxşılaşdırılması, müəllimlərin peşə hazırlıqlarının yüksəldilməsi, şagirlərin bu sahə üzrə bilik və qabiliyyətlərinin artırılması diqqətdə saxlanılır.  

Sonda təlimi uğurla başa çatdıran müəllimlərə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, təlimçilər universitetin yüksəkixtisaslı peşəkar professor-müəllim heyəti arasından seçilib.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: