Şahbuz rayonunda seçkilərə hazırlıq işləri yekunlaşdırılıb

A- A A+

Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər keçiriləcək. NUHÇIXAN xəbər verir ki, Şahbuz  rayonunda  seçkilərə hazırlıq işləri artıq  yekunlaşıb.

5 saylı Şahbuz- Babək  seçki dairəsində 29 min 944 aktiv seçki hüququna malik seçici qeydə alınıb. Dairənin əhatə etdiyi ərazidə 9 qapalı hərbi hissələrdə olmaqla ümumilikdə 46 məntəqə fəaliyyət göstərəcək. Məntəqələrdən 25-i Şahbuz, 12-si Babək rayonunun yaşayış məntəqələrini  əhatə edir. 

Seçki prosesində dairəni əhatə edən bütün məntəqələr telefonlaşdırılıb, katib və üzvlər, habelə seçkini izləyəcək beynəlxalq və yerli müşahidəçilər üçün yerlər müəyyənləşdirilib. Dairənin əhatə etdiyi məntəqələrin 5-də Veb-kamera quraşdırılıb. Lövhələrdə seçicilərin yaşadıqları ünvanlar üzrə siyahılar əks olunub. Seçki günü səsvermədə iştirak edə bilməyən əlil və xəstələr üçün daşınan seçki qutuları da verilib.

Qeyd edək ki, rayonda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçiriləcək seçkilər üçün də 34, 35, 36 saylı dairələr yaradılıb.

Bütün məntəqələr fevral ayının 9-da keçiriləcək seçkilərə tam hazırdır. 

                      Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: