Şərur rayonunda sağlamlıq imkanları məhdud uşaqlara yüksək keyfiyyətli xidmət göstərilir - FOTOLAR
Son illər muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqlara göstərilən xidmətlərin həcmi və keyfiyyəti yüksəlib, bu istiqamətdə həyata keçirilən tədbirlər davamlı xarakter alıb.
NUHÇIXAN xəbər verir ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin defektoloji bölməsinin Şərur rayon üzrə filialı fəaliyyətini uğurla davam etdirir.
Filialda müvafiq kateqoriyadan olan uşaqların tibbi və sosial reabilitasiyası üçün bütün zəruri imkanlar mövcuddur. Artıq qrup terapiyanın tətbiqinə başlanılıb ki, bu da həyata keçirilən reabilitasiya tədbirlərinin səmərəsinin artırılmasına və sözügedən kateqoriyadan olan uşaqların ünsiyyət bacarıqlarının inkşafına mühüm təsir göstərəcək.
Bununla yanaşı, burada əqli qüsurlu uşaqların zehni inkşafı üçün elektron lövhə vasitəsilə slaydlar nümayiş etdirilir, uşaqların ətraf mühitə münasibəti formalaşdırılır. Eyni zamanda, filialda fiziki qüsurlu uşaqlara loqistik masaj terapiyası da tətbiq olunur.
Röyal Kərimov