NUHÇIXAN xəbər verir ki, Naxçıvan Qarnizonunda “2 Fevral Gənclər Günü” münasibətilə tədbir keçirilib. Əlahiddə Ümumqoşun Ordunun Təlim Tədris Mərkəzində keçirilən tədbirdə çıxış edənlər əsgərlərimizin timsalında bütün gəncləri əlamətdar gün münasibəti ilə təbrik edərək xidmətlərində uğurlar arzulayıblar. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı bütün sahələrdə olduğu kimi dövlətin gənclər siyasətində də ciddi dönüş yaradıb. 1996-cı il fevralın 2-də gənclərin birinci forumu keçirilib və 1997-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 2 fevral ölkəmizdə “Gənclər Günü” elan edilib.
Tədbirdə Naxçıvan Musiqi Kollecinin və hərbi hissələrin bədii özfəaliyyət kollektivlərinin konsert proqramı ilə çıxışları alqışlarla qarşılanıb.
Kənan Cəlilov