NUHÇIXAN xəbər verir ki, bu barədə fevralın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində "Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti və qarşıda duran vəzifələr haqqında" keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bildirib.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Şahmat Federasiyasının təşkilatçılığı ilə keçiriləcək Ümumdünya Şahmat Olimpiadası bu ilin oktyabr ayında Naxçıvan şəhərində 16 yaşadək şahmatçılar arasında baş tutacaq.