Azərbaycan bu illər ərzində kosmik dövlətə çevrilib

A- A A+

Azərbaycan bu illər ərzində kosmik dövlətə çevrilib. Bizim üç peykimiz var, 16 il bundan əvvəl bu, bəlkə də bizim yuxumuza da gəlməzdi.

NUHÇIXAN xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bildirib.

Dövlətimizin başçısı deyib: “Bu gün bu, reallıqdır. Nəinki üç peykimiz var, hətta iki ildən sonra dünyanın aparıcı tədbiri - Dünya Astronavtika Konqresi də Bakıda keçiriləcək, təxminən 50 ildən sonra. Çünki birinci dəfə Sovet İttifaqında da yeganə konqres 1973-cü ildə Bakıda keçirilmişdir. İndi 49 ildən sonra bu tədbir yenə də Bakıda, amma müstəqil Azərbaycan dövlətinin paytaxtı olan Bakıda keçiriləcək”.

Prezident İlham Əliyev qeyd edib ki, ötən müddətdə Azərbaycanda yeddi aeroport tikilib, onların altısı beynəlxalq aeroportdur. “Davosun hesabatında Azərbaycan hava xidmətlərinə görə 11-ci yerdədir. Heydər Əliyev Beynəlxalq Aeroportu artıq beşulduzlu aeroport kimi tanınır. Dünyada belə aeroportların sayı təqribən 10-na yaxındır. Onlardan biri də Heydər Əliyev Aeroportudur”, - deyə dövlətimizin başçısı əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: