Babək rayonunda içməli su və kanalizasiya xətləri yenilənir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Babək rayonunda əhalinin ekoloji cəhətdən təmiz, içməli suya olan tələbatının ödənilməsi məqsədilə Nehrəm və Araz kəndlərində içməli su xətləri və kanalizasiya sistemlərinin çəkilişi davam etdirilir.

Hər iki kəndin əhalisi fasiləsiz olaraq Beynəlxalq Səhiyyə Təşkilatının standartlarına cavab verən 24 saat içməli su ilə  təmin olunacaq. Kəndlərdə kanalizasiya sistemləri də qurularaq sakinlərin ixtiyarına veriləcək .

Qeyd edək ki, Nehrəm və Araz kəndlərində işlər başa çatdıqdan sonra 17 mindən artıq sakin içməli su və  kanalizasiya sistemləri  ilə təmin olunacaq .                                                          

                                                           Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: