Şərur rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi maarifləndirici tədbir keçirib - FOTOLAR

A- A A+

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Şərur rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin təşkilatçılığı ilə İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin Şərur rayon filialında müəllim və texniki işçi heyətinin iştirakı ilə maarifləndirici tədbir olub.

Tədbirdə İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin Şərur rayon filialının direktoru Həsən Cəfərov bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.

Sonra Şərur rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin Dövlət Yanğın Nəzarəti Bölməsinin rəisi daxili xidmət mayoru Şıxəli Əliyev təhsil müəssisələrində yanğın təhlükəsizliyi qaydaları, qaz təsərrüfatı, dəm qazı, ondan qorunma yolları və dəm qazını aşkar edən cihaz haqqında dinləyicilərə məlumat verib.

Sonra mərkəzin müəllim kollektivinə mərkəzin təbii və texnogen qəzalar zamanı təxliyə planı ilə bağlı əsas və ehtiyat təxliyə yolları, təxliyə zamanı davranış və fəaliyyət qaydaları haqqında məlumat verilib.

Maarifləndirici tədbir zamanı əyаni vаsitələrdən istifаdə еdilib, iştirakçıları maraqlandıran suаllаr cаvаblаndırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: