Naxçıvanda ötən il dövlət tərəfindən 17 ailəyə yeni fərdi ev və mənzillər, 35 nəfərə minik avtomobilləri verilib - FOTOLAR
Muxtar respublikada 2 şəhid ailəsinə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş 9 nəfərə, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlığını itirmiş 3 nəfərə və hərbi xidmət vəzifəsini yerinə yetirərkən sağlamlığını itirmiş 3 nəfərə, ümumilikdə, 17 ailəyə yeni fərdi ev və mənzillər verilib.
NUHÇIXAN xəbər verir ki, 1941-1945-ci illər müharibəsində sağlamlığını itirmiş 2 nəfər, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş 22 nəfər, hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlığını itirmiş 9 nəfər və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlığını itirmiş 2 nəfər, ümumilikdə, 35 nəfər minik avtomobilləri ilə təmin edilib.