Muxtar respublikada təbii bərpaya köməklik məqsədilə toxum əkini davam etdirilir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən təbii bərpaya kömək məqsədi ilə Darıdağ arsenli su müalicəxanasının ətrafında ağac və kol bitkilərinin toxumları əkilib.
Ərazidə əsasən yerli iqlim şəraitinə uyğun alça, yemişan və həmərsin toxumlarının əkininə üstünlük verilib.
Qeyd edək ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikada yaşıl örtük ərazinin 20%-ni təşkil edib. Toxumla bərpa tədbirləri bundan sonra da davam edəcək.
Mahmud Hüseynov