“Büdcəmizi anlayaq” layihəsi davam edir

A- A A+

Maliyyə Nazirliyi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Maliyyə Tədris Mərkəzi tərəfindən Babək rayonunda 2 nömrəli qəsəbə məktəbində  “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində təlim təşkil edilib.

NUHÇIXAN xəbər verir ki, təlimin əsas məqsədi ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə uşaq yaşlarından başlayaraq ilkin büdcə anlayışlarının aşılanması, maliyyə biliklərinin verilməsi və onlarda yığım vərdişlərinin formalaşdırılması ilə düzgün xərcləmə mədəniyyətinin əsasının qoyulmasıdır.

50-dən çox məktəblinin iştirak etdiyi təlimdə məktəblilərə təlimin mahiyyəti, maliyyə məqsədlərinin düzgün qoyulması barədə məlumat verilib.

İnteraktiv hissədə şərti ailənin gəlir və xərclərinin müqayisəli təhlili aparılıb və məktəblilərin təqdimatı dinlənilib. Bu mərhələdə 3 komanda iştirak edib və fəallıq göstərən komandalara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: