Bəhruz Kəngərlinin xatirəsi anılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, rəssamın anım günü münasibətilə Bəhruz Kəngərli Muzeyində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşunaslıq Mərkəzinin təşkilatçılığı ilə “Bəhruz Kəngərlinin yaradıcılığı ”adlı xatirə tədbiri keçirilib.
Tədbirdə mərkəzin elmi katibi Nihad Tarverdiyev, Azərbaycan Respublikasının əməkdar rəssamı Telman Abdinov, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin şöbə müdiri Fizzə Quliyeva, Bəhruz Kəngərli muzeyinin direktoru Səbinə Əlincəli çıxış ediblər. Onlar görkəmli rəssamın həyat və yaradıcılığı haqqında geniş məlumat veriblər.
Tədbirdən sonra iştirakçılar muzeylə tanış olub. Məlumat verilib ki, hazırda muzeydə Bəhruz Kəngərli irsinə aid 1000-dən artıq eksponat mühafizə olunur. Rəssamın muzeydə saxlanılan 341 rəsm əsərindən 61-i orjinaldır.
Novruz Məmmədov