Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafı yeni mərhələyə yüksəlib.
NUHÇIXAN xəbər verir ki, bu fikirlər fevralın 6-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşündə səslənib.
Ali Məclis Sədri çıxışında bildirib ki, yaradılan əlverişli investisiya mühiti və göstərilən dövlət dəstəyi sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar açmış, ümumi daxili məhsul istehsalında özəl bölmənin xüsusi çəkisi artaraq 88 faizi örtüb. Hazırda muxtar respublikada məşğul əhalinin 84 faizə yaxını özəl sektorda çalışır. Sənaye məhsulunun 95, tikintidə görülən işlərin 85, kənd təsərrüfatının isə 98 faizi özəl bölmənin payına düşür.