Muxtar respublikada həyata keçirilən quruculuq tədbirləri nəticəsində makroiqtisadi göstəricilər artıb, ümumi daxili məhsulun həcmi 2 milyard 839 milyon manatdan çox olub. Bu dövrdə sənayeləşmə uğurla davam etdirilib, sahibkarlıq subyektləri tərəfindən 75 istehsal və xidmət sahəsi istifadəyə verilib, 247 iş yeri açılıb.
NUHÇIXAN xəbər verir ki, bu fikriləri 2019-cu ilin iqtisadi göstəriciləri barədə danışan Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev bildirib. Nazir qeyd edib ki, hazırda muxtar respublikada istehsal olunan yeyinti, tikinti, mebel və yüngül sənaye məhsulları 12 ölkəyə ixrac edilir.
Qeyd edək ki, fevralın 6-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşü keçirilib və 2020-ci il Naxçıvanda “İxrac ili” elan olunub.