Şahtaxtinskilər Muzeyinin yaradılmasının 10-cu ildönümü qeyd olunub

A- A A+

Şahtaxtinskilər Muzeyinin yaradılmasının 10-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Kəngərli Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan müəssisələrin əməkdaşlarının iştirak etdiyi tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Əsədova bildirib ki, yaradılmasının 10-cu ildönümünü qeyd etdiyimiz Şahtaxtinskilər Muzeyi də muxtar respublikanın muzey şəbəkəsində özünəməxsus yer tutur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 9 fevral tarixli Sərəncamına əsasən Kəngərli rayonunun Şahtaxtı kəndində yaradılan muzeydə Şahtaxtinskilər haqqında məlumatlar, əlyazmalar, fotoşəkillər və digər eksponatlar sərgilənir.

Muzeydə həmçinin müxtəlif dövrlərdə yaşayıb fəaliyyət göstərmiş və xalqımıza layiqincə xidmət etmiş Şahtaxtinskilər nəslinin nümayəndələri haqqında materiallar mühafizə olunur.

Sonra  muzeyinin direktoru Ruzugül Qazıbəyova çıxışında bildirib ki,  2019-cu il ərzində muzeyi 700-dən çox tamaşaçı ziyarət edib.

Tədbirin yekununda muzeyin ekspozisiyasına baxış olub.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: