AMEA Naxçıvan Bölməsində elmi konfrans

A- A A+

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikasının 96-cı ildönümü münasibətilə “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda elmi konfrans keçirilib.

Konfransda çıxış edən bölmənin sədri İsmayıl Hacıyev Naxçıvanın muxtariyyət tarixi ilə bağlı geniş məlumat verib. Bildirib ki, 1921-ci ildə Azərbaycanın tərkibində muxtariyyət statusu qazanan Naxçıvan diyarında 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikası yaradılıb. Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm və əhəmiyyətli hadisəsidir. Bununla Naxçıvan Azərbaycanın əzəli və əbədi tərkib hissəsi kimi qorunub saxlanılıb, uğurlu və şərəfli inkişaf yolu keçib.

 Naxçıvan 96 ildir ki, muxtar respublika statusuna malikdir. Ümumilli lider Heydər Əliyev Naxçıvanın ərazisinin və muxtariyyət statusunun qorunub saxlanılması, onun möhkəmləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirib.

Sonra bölmənin əməkdaşları muxtar respublikanın yaradılması, muxtariyyət ərəfəsində Naxçıvanda ictimai-siyasi vəziyyət, Moskva və Qars müqavilələri, Naxçıvan Muxtar Respublikasının inkişaf yolundan danışıblar.

Qeyd edək ki, bu il AMEA Naxçıvan Bölməsinin əməkdaşları tərəfindən muxtar respublikanın yaradılmasının 96 illiyi ilə əlaqədar “Naxçıvan Muxtar Respublikasının yaradılması ölkəmizin həyatında mühüm hadisədir” adlı məqalə nəşrə hazırlanıb və bölmədə 2020-ci ildə də bu istiqamətdə tədbirlər davam etdiriləcək. 

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: