Türkmənistanın Avaza Milli Turizm Zonasında Beynəlxalq Okeanlar İnstitutunun (BOİ) təşkilatçılığı ilə martın 9-20-dək “Xəzər dənizi - davamlı inkişaf və idarəetmə” mövzusunda regional seminar keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, Xəzər dənizi İnstitutu və Türkmənistan Xarici İşlər Nazirliyi ilə birgə təşkil olunacaq tədbirdə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın müvafiq qurumlarının nümayəndələri iştirak edəcəklər.
Tədbirin proqramına Xəzəryanı dövlətlərin iqtisadi, sosial və ekoloji inkişafının aspektlərinin, onların bu sahələrdə əməkdaşlığı ilə bilavasitə bağlı olan məsələlərin müzakirəsi daxildir.
Qeyd edək ki, Beynəlxalq Okeanlar İnstitutu BMT-nin xüsusi məşvərətçi orqanı statusuna malik qeyri-hökumət təşkilatıdır.