Qan təkcə ürək-damar sisteminin deyil, həm də bütün orqanizmin sağlamlıq vəziyyətinin göstəricisidir.
O bütün orqan və toxumaların fəaliyyətinə birbaşa təsir göstərir.
Qan öz hərəkəti zamanı toxumalara oksigen və qida maddələrini, toxumalardan isə karbon qazını, maddələr mübadiləsinin son məhsullarını ağciyərlərə və böyrəklərə daşıyır və orqanizmdə öz hərəkətini böyük və kiçik qan dövranı ilə başa çatdırır.
Əgər qan çox qatılaşarsa, onda o öz əsas funksiyasını yerinə yetirməkdə – yəni qida maddələri və oksigenin ötürməyə çətinlik çəkəcək. Qan dövranının zəifləməsi nəticəsində venaların trombozu və varikoz genişlənməsi inkişaf edir. Bundan başqa, qanın qatılaşması və laxtalanması ürəktutması və insult riskini artırır.
Qan qatılaşmasını necə azaltmaq olar?
Əgər qanınız qatıdırsa və siz siqaret çəkirsinizsə, onda tezliklə bu vərdişdən qurtulmalısınız. Gündəlik içdiyiniz suyun (su təmiz olmalıdır) miqdarını artırmaq tövsiyə olunur: hər kq-a görə 30 ml su və meyvə-tərəvəz suları.
NUHÇIXAN xəbər verir ki, həkimlər bunun üçün qanı durulaşdıran məhsullara üstünlük verməyi məsləhət görür: omeqa-3 yağ turşuları, yod, E vitamini və zəngin salisil turşusu.
Həmçinin ən güclü durulaşdırıcı xüsusiyyətlərə malik olan məhsulların siyahısını sizə təqdim edirik:
1. Zeytun və kətan yağı
Bu iki məhsulda omeqa-3 yağ turşuları və E vitamini vardır ki, bu da qanı effektiv şəkildə durulaşdırır.
2. Giləmeyvə
Çiyələk, qarağat, quşüzümü, moruq, çaytikanı, itburnu kimi meyvələr və salisil turşusu ilə zəngin olan albalı orqanizmdə iltihabı azaldır, qan duruluğunu normallaşdırır. Mütəmadi olaraq təzə və dondurulmuş giləmeyvə (minimum hər gün 100 qram) istifadə etmək məsləhət görülür. Həmçinin müntəzəm nar istifadə etmək çox faydalıdır.
3. Zəncəfil
Qanı durulaşdırmaqla yanaşı, zəncəfil qanda şəkərin səviyyəsini azaldır və maddələr mübadiləsini sürətləndirir. Lakin aritmiya və yüksək qan təzyiqindən əziyyət çəkənlərə həkimlə məsləhətləşmədən zəncəfil istifadə etmək olmaz.
4. Qoz
Gündə bir ovuc qoz qan qatılaşmasını və ürək-damar xəstəlikləri riskini azaltmağa qadirdir. Qoz omeqa yağ turşuları, E vitamini və salisil turşuları ilə zəngindir.
5. Darçın
Darçın tərkibindəki kumarin sayəsində orqanizminə güclü təsir göstərir. Bundan əlavə, bu maddə qanda şəkərin səviyyəsini və təzyiqi azaltmağa qadirdir.
6. Sarımsaq
Nənələrimiz və babalarımız mütəmadi olaraq sarımsaqdan istifadə etməklə ürək-damar sistemi xəstəliklərindən özünü müdafiə edib. Bu bitki qanı effektiv şəkildə durulaşdırır, trombların yaranması riskini azaldır. Hər gün bir diş sarımsaq və 1 xörək qaşığı sarımsaq yağını yemək tövsiyə olunur.
7. Çili bibəri
Qan laxtalanması azaldan və qan dövranını aktivləşdirən komponentlərdən biri də Çili bibəridir.
Pomidor, çuğundur, kələm, təzə bibər də istifadə etmək məsləhət görülür, çünki onlar da ürək damarlarında qan laxtalarının yaranmasına mane olur.
Qanı qatılaşdıran və laxtalandıran vasitələr isə bunlardır: Şəkər, spirtli içkilər, kolbasa, quru, zülallı yağlı yeməklər və qazlı içkilər.
Sidikqovucu və hormonal həblər də qanın qatılaşmasına xidmət edir.
Çoxları qan durulaşdırması üçün aspirin istifadə edir və o 1 saylı ürək-damar xəstəlikləri olan insanlar üçün dərman sayılır. Ancaq həkimin resepti olmadan onu qəbul etmək olmaz.
Aspirinin istifadəsi zərərsiz və təhlükəsiz deyil: Mütəmadi olaraq onun istifadəsi mədə-bağırsaq sisteminin selikli qişasında ciddi xəsarət yaradır, qastrit və mədə xorası doğurur.
Qidalanma istənilən müalicənin çox mühüm hissəsidir, o cümlədən qanın durulaşması üçün. Nə qədər bahalı preparatları qəbul etsəniz də, çox savadlı həkimin yanına getsəniz də, düzgün qidalanmama həmişə istənilən terapiyanın uğurla başa çatmasına mane olur.
Təzə tərəvəz və meyvə qəbulu maddələr mübadiləsinin fəallaşdırılmasına, həzm yaxşılaşdırılmasına, immunitetin möhkəmlənməsinə səbəb olacaq və artıq çəkidən xilas olmağa kömək edəcək. Bu qan sistemi ilə bağlı olan istənilən xəstəliyin öhdəsindən gəlməyə kömək edəcək.