Biotexniki tədbirlər davam edir - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Əshabi-Kəhf ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinin ətrafında biotexniki tədbirlər aparılıb. NUHÇIXAN xəbər verir ki, qış fəslində heyvanların qida maddələrinə olan tələbatını ödəmək məqsədilə keçirilən tədbirdə əraziyə quru meyvə və duz dağıdılıb.
Nazirliyin əməkdaşları tərfindən Əshabi-Kəhf ziyarətgahı ətrafında 1500 kiloqramdan çox meyvə qırıntıları və 300 kiloqrama yaxın daş duz əraziyə dağıdılıb.
Qeyd edək ki, keçirilən biotexniki tədbirlər yeni əkilən ağac və tinglərin heyvanlar tərəfindən məhv edilməsinin də qarşısını alır.
Nurlan Sadiqov