Mədə-bağırsaq xəstəliklərinin təbii dərmanı əzgil

A- A A+

Əzgil kimyəvi tərkibə görə almaya bənzəyir, çox faydalı meyvədir.

NUHÇIXAN xəbər verir ki, onun tərkibində şəkərlər, meyvə turşuları, C, B qrupu vitaminləri, beta-karotin (A vitamini), fol turşusu, pektinlər, fitonsidlər, büzücü maddələr, çoxlu sayda müxtəlif minerallar (kalium, kalsium, fosfor, dəmir, maqnezium, sink, mis, selin və s.) var.

Əzgil mədə-bağırsaq sisteminin həkimidir. Kalı ishalı müalicə edir, bağırsaqları yığır, dəymiş əzgil isə əksinə qəbizlikdən azad edir, bağırsaqları çox yaxşı təmizləyir. O, pektinlərlə zəngindir. Bu maddələr orqanizmdə yığılan ziyanlı maddələri (toksinlər, radionukleidlər, ağır metalların duzları və s.) xaric edir. Bu meyvəni uzun müddət ərzində qəbul edən insan orqanizmi əsaslı şəkildə təmizləyə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: