Milli Məclisin ən gənc deputatlarından biri - Cəbi Quliyev

A- A A+

Ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan sağlam düşüncəli yeni nəsl yetişdirmək  siyəsəti öz bəhrəsini verməkdədir.  Bu gün gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakı təmin olunur.

Aparılan uğurlu gənclər siyasətinin nəticəsidir ki, yenilikçi Azərbaycan gənci fəaliyyəti ilə həm dövlətin,  həm də xalqın etimadını qazanıb. O gənclərdən biri- Cəbi Quliyev parlament seçkilərinin ilkin nəticələrinə görə,  Azərbaycan Respublikası Milli Məclisinə deputat  seçilib.

Xatırladaq ki, Cəbi Quliyev 29 avqust 1990-ci ildə Şahbuz rayonunun Ağbulaq kəndində anadan olub. 2008-2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsində təhsil alıb.

O, 2012-2013-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvətlərində hərbi xidmət keçib. Gənc deputat 2013-2014-ci illərdə Naxçıvan Dövlət Universitetinin beynəlxalq münasibətlər tarixi üzrə magistratura təhsili alıb. 2013-2014-cu illərdə Naxçıvan Dövlət Universitetində baş laborant, 2014-2018-ci illərdə YAP Naxçıvan Şəhər Təşkilatında aparıcı təlimatçı və baş təlimatçı vəzifələrində çalışıb.

2016-cı ildən Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər kafedrasında müəllim kimi fəaliyyət göstərib. 2017-ci ildən Naxçıvan Dövlət Universitetinin dissertantıdır. 6 sentyabr 2018-ci ildən tarixindən Naxçıvan MR Gənclər Fondunun icraçı direktorudur.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: