Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində maarifləndirici tədbir

A- A A+

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin birgə fəaliyyət planına uyğun olaraq mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, tədbirdə xidmətin sektor müdiri Rauf Rüstəmov bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib və tədbirin mаhiyyəti bаrədə iştirаkçılаrа məlumаt vеrib.

Sonra Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin şöbə rəisi polkovnik Emin Qasımov xidmətdə mülki müdafiə işinin təşkili və aparılmasına qoyulan müasir tələblər, mülki müdafiə tədbirlərinin planlaşdırılması və keçirilməsi qaydaları haqqında iştirakçılara məlumat verib.

Sonda mövzulara aid slayd və videolar təqdim edilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: