Muxtar respublikada pensiyalar artımla birlikdə ödənilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, bütün növ əmək pensiyaları üzrə pensiyaların sığorta hissəsinin 16,6 faiz artırılması prossesi başa çatdırılıb.Yanvar ayının artımları da daxil olmaqla fevral ayının pensiya ödənişində bütün növ əmək pensiyalarının ödənilməsinin maliyyələşdirilməsi təmin edilib.

Fond tərəfindən muxtar respublika üzrə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və dövlət qulluqçusu kimi əmək pensiyası alan pensiyaçılar istisna olmaqla, 48500 nəfərə yaxın əmək pensiyaçısına şamil edilib. Bu artımların ödənilməsinin həyata keçirilməsinə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin büdcəsindən hər ay orta hesabla 1,7 milyon manata yaxın əlavə vəsait ayrılması nəzərdə tutulur.

Qeyd edək ki, muxtar respublikada fərdi uçot sistemində qeydiyyatda olan 177614 sığortaolunanın fərdi hesabının sığorta hissəsində toplanmış pensiya sığorta kapitalı məbləğləri isə yanvar ayının 1-dən indeksləşdirilməklə 2,6 faiz artırılması elektron qaydada həyata keçirilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: