“Qaraca qız” tamaşası Culfa rayonunda göstərilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı “Qaraca qız” tamaşasını Culfa rayonunda uşaq və məktəblilərə göstərib .
Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, tamaşanı Süleyman Sani Axundovun eyniadlı əsəri əsasında Aybəniz Ağaqızı səhnələşdirib.
“Qaraca qız” tamaşasında hadisələr əsərdə olduğu kimi cərəyan edir.
Gənc aktyor Ləman Əhmədovanın Qaraca qız rolunu oynadığı tamaşanın quruluşçu rejissoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nadir Hüseynov, quruluşçu rəssamı Ədalət Quliyev, tamaşanın bəstəkarı Əli Məmmədovdur.
“Qaraca qız” tamaşası Culfa rayonunda yaşayan uşaq və məktəblilər tərəfindən maraqla qarşılanıb.