Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Xatirə Muzeyində “Tariximizi əks etdirən materialların qorunmasında və təbliğində muzeylərin rolu” mövzusunda seminar-treninq keçirilib.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, nazirliyin sisteminə daxil olan muzeylərin əməkdaşlarının iştirakı ilə keçirilən seminar-treninqi Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin baş məsləhətçisi Qumral Əsədova açaraq muxtar respublikada tariximizi əks etdirən materialların qorunması və təbliği işində muzeylərin rolundan danışıb.
Sonra Xatirə Muzeyinin direktor əvəzi Leyla Məmmədova və Bəhruz Kəngərli Muzeyinin baş fond mühafizi-elmi işçisi Səmanə Rüstəmovanın mövzu ətrafında çıxışları dinlənilib.
Sonda muzeyin ekspozisiyasına baxış olub.