Naxçıvanda bədən tərbiyəsi və idmanın inkişaf tarixinə dair dərslik hazırlanıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının müəllim-məşqçisi, Naxçıvan Dövlət Universitetinin Bədən tərbiyəsi və idman kafedrasının dosenti, Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi Valeh Əlixanovun “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın inkişaf tarixi” kitabı işıq üzü görüb.

NUHÇIXAN xəbər verir ki, vəsait ali və orta ixtisas təhsili məktəblərində bədən tərbiyəsi və idman üzrə bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələr üçün nəzərdə tutulub. 11 fəsil, 54 bölmədən ibarət olan kitabda Naxçıvanda qədim dövrlərdən başlayaraq muxtariyyət yaranana qədər və sonrakı illərdə bədən tərbiyəsi və idmanın inkişafının bütün aspektləri, o cümlədən ayrı-ayrı idman növlərinin inkişaf tarixi izlənilir. Ölkədə, xüsusilə Naxçıvanda keçirilən bütün beynəlxalq idman tədbirlərinə, bu tədbirlərdə qədim diyarın yetişdirdiyi idmançılara, onların uğurlarına kitabda xüsusi yer ayrılıb.

Qeyd edək ki, kitab Naxçıvanda “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən yüksək keyfiyyətlə nəşr edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: