Kəngərli rayonunda püstə ağaclarının əkini genişləndirilir

A- A A+

Muxtar Respublikada əkinçilik üçün yararlı olmayan torpaq sahələrində meliorativ tədbirlərin görülməsi və yeni meyvə bağlarının salınması diqqətdə saxlanılır. NUHÇIXAN xəbər verir ki, Kəngərli rayonundakı püstə bağına 500 calaq olunmuş püstə fidanı əkilib. Türkiyə Respublikasından 500 yüksək məhsuldarlıqlı calaqüstü gətirilərək püstə ting­lərinə calaq edilib. Ərazinin 6 hektar sahəsində 1100 dibçəkdə yetişdirilmiş püstə fidanı, 4 hektarında isə 2 kiloqram püstə toxumları ilə bərpa işləri aparılıb.

Qeyd edək ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi  muxtar respublikada  meyvə bağlarının genişlənməsinə, əhalinin keyfiyyətli meyvə və tərəvəz məhsulları ilə təminatına imkan verir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: