Ötən il muxtar respublikada 253,3 hektar sahədə meyvə bağları salınıb

A- A A+

Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Qəbul olunan dövlət proqramlarının icrası bağçılığın inkişafına geniş imkanlar açır, bol məhsul istehsalına səbəb olur. 

NUHÇIXAN xəbər verir ki, ötən il  muxtar respublika ərazisində 13,8 hektar üzüm bağı olmaqla ümumilikdə, 252,3 hektar  sahədə meyvə bağları salınıb. 4,2 hektar ərazidə toxmacarlıq və qələmkökləndirmə sahələri yaradılıb, 567 kilo­qram badam, tut, alma, armud, heyva, gilənar, üzüm, cəviz toxumlarından istifadə olunub. Həmçinin 40 min üzüm, 38 min 500 iydə qələmi əkilib, 3500 kiloqramdan artıq yerli məhsuldar meyvə sortlarının toxum materialı, yabanı meyvə və giləmeyvə toxumları tədarük edilib, bərpa məqsədilə 5166 dibçəkdə ting yetişdirilib.

 Qeyd edək ki, bəhs olunan dövrdə tingçilik təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsi də diqqət saxlanılıb. Belə ki, Şərur rayonunda 5 sahibkar 8 hektara qədər, Babək rayonunda isə 3 sahibkar 4 hektar əkinəyararlı torpaq sahəsində məhsuldar sortlardan ting yetişdirməklə satışını həyata keçiriblər. Culfa rayonunun Kırna kəndində 0,5 hektar ərazidə 30 min üzüm tingi salınmaqla tingçilik təsərrüfatı yaradılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: