Əlyazmalar Fonduna yeni əlyazma və çap kitabları daxil olub - FOTOLAR

A- A A+

AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 24 yeni əlyazma və çap kitabı daxil edilib.

AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev tariximizin həqiqi yaddaş reallığını özündə əks etdirən qədim əlyazma və çap kitablarının əvəzsiz rolundan danışıb.

Mədəniyyət Nazirliyi tərəfindən əldə olunan kitabların qurumun Əlyazmalar Fonduna hədiyyə edilməsini yüksək dəyərləndirən akademik milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və təbliği istiqamətində muxtar respublika sakinləri ilə yanaşı, Əməkdar mədəniyyət işçisi Akif Hacıyevin xidmətlərini xüsusi vurğulayıb. Qeyd edib ki, onun topladığı kitablar arasında XX əsrin əvvəllərinə aid əsərlər var ki, bu da fondun zənginləşməsinə xidmət edir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, yazılı abidələr təkcə xalqımızın deyil, Yaxın və Orta Şərqin ictimai-siyasi vəziyyətini, elmi-mədəni mühitini öyrənmək baxımından dəyərli mənbələrdir. Zəngin və əhatəli kitab xəzinəsi təkcə Azərbaycan üçün deyil, ümumilikdə bəşər sivilizasiyasının və dünya tarixinin araşdırılmasında əhəmiyyətlidir.

Daha sonra Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov hədiyyə olunan Azərbaycan, ərəb və fars dillərində 24 adda əlyazma və çap kitabı ilə bağlı iştirakçılara məlumat verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: