Şahbuz Dövlət Təbiət Qoruğunda biotexniki tədbirlər aparılır - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Şahbuz Dövlət Təbiət Qoruğunun əməkdaşları qoruq ərazisində vəhşi heyvanları qida ilə təmin etmək məqsədilə biotexniki tədbirlər aparır.
Şahbuz rayonunun ucqar kəndlərində və dağlıq ərazilərində qarın hündürlüyü 60-70 santimetrə çatır. Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində də qarın hündürlüyü 80 santimetr, bəzi ərazilərdə isə daha çoxdur. Topraq sahəsinin və bitki örtüyünün qarla örtülməsi bir çox heyvanlar üçün yem əldə olunmasında çətinliklər törədir. Bunu nəzərə alan qoruğun əməkdaşları biotexniki tədbirləri əsasən çöl heyvanlarının miqrasiya etdiyi ərazilərdə aparır. Həmin ərazilərə qaba yem və daş duz qoyulur.
Qeyd edək ki, Şahbuz Dövlət Təbiət Qoruğunda 300 növə yaxın quş və vəhşi heyvan qeydə alınıb. Aparılan biotexniki tədbirlər vəhşi faunanın qış fəslindən sağlam çıxmasına münbit şərait yaradır.
Novruz Məmmədov