Ahıllar Evinin ahıl qonaqları - FOTOLAR
Muxtar respublikada ahıl insanlar dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub. Hazırda tənha yaşayan və hərəkət qabiliyyəti məhdud olan 216 nəfərə evlərində, 6 nəfərə isə Ahıllar Evində sosial xidmət göstərilir.
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikada sosial xidmətə qəbul edilmiş tənha ahılların Şahbuz rayonunda yerləşən Ahıllar Evinə səfəri təşkil olunub. Tədbir çərçivəsində onlar burada yaradılmış şəraitlə tanış olub, sakinlərlə görüşüblər.
Qeyd edək ki, tədbirdə muxtar respublikanın şəhər və rayonlarından ümumilikdə 18 tənha ahıl iştirak edib.