Şərur şəhər Uşaq Bağçasında maarifləndirici tədbir keçirilib - FOTOLAR

A- A A+

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Şərur rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin təşkilatçılığı ilə Şərur şəhər Uşaq Bağçasında “Məktəbəqədər tərbiyyə müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərə əməl olunması, yaşayış evlərində təbii qaz və elektrik enerjisindən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması və dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onun qarşısının alınması” mövzusunda maarifləndirici tədbir olub.

Tədbirdə bağçanın müdiri Günel Əliyeva bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb və bütün məktəbəqədər tərbiyyə  müəssisələrində keçirilməsinin vacibliyini qeyd edib.

Şərur rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin Dövlət Yanğın Nəzarəti Bölməsinin rəisi daxili xidmət mayoru Şıxəli Əliyev məktəbəqədər tərbiyə müəssisələrində yanğın təhlükəsizliyi qaydaları, qaz təsərrüfatı, dəm qazı, ondan qorunma yolları və dəm qazını aşkar edən cihaz haqqında dinləyicilərə məlumat verib.

Sonra məruzə ətrafında çıxışlar olub.

Maarifləndirici tədbir zamanı əyаni vаsitələrdən istifаdə еdilib, iştirakçıları maraqlandıran suаllаr cаvаblаndırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: