Muxtar respublikada bir neçə gündür taxıl biçininə start verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, muxtar respublikanın Kəngərli rayonunda 4522 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Həmin sahələrin 2335 hektarı buğda, 2187 hektarı isə arpa zəmiləridir. Rayonun Qıvraq qəsəbəsində, Böyükdüz, Xok, Şahtaxtı, Yurdçu və Qabıllı kəndlərində arpa biçini mütəşəkkil keçirilir.

Rayonda biçin kampaniyasına start verildiyindən bu günə qədər 205 hektar sahədə biçin keçirilib. Taxıl biçininə 14 kombayn cəlb olunub. Həmçinin 15-dək digər texniki vasitə də biçinə cəlb edilib. Hazırda arpa sahələrinin məhsulu toplanılır. Həmin sahələrdə məhsuldarlıq  30-35 sentnerə bərabərdir.

Xatırladaq ki, ötən il muxtar respublika üzrə 31 min 632 hektar taxıl zəmisində biçin  keçirilib və sahələrdən  93 min 419 ton məhsul götürülüb.

                                                        Əbülfəz  Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: