Daha bir uşaq distant tədrisə cəlb olundu - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Rabitə və Yeni Texnologiyalar Nazirliklərinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaq-Elnar Həsənov distant tədrisə cəlb edilib. O da həmyaşıdları kimi bundan sonra öz müəllimlərinin köməyi ilə biliyini artıracaq.
Naxçıvan şəhəri Xətai məhəlləsi, döngə 27, ev 20-də yaşayan Həsənovlar ailəsinin üzvü Elnar Həsənov zəruri dərs ləvazimatları, tədris vəsaitləri, məktəbli geyimi, həmçinin texniki avadanlıqlarla təmin olunub.
Qeyd edək ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin müəllimi tərəfindən Elnara ilk dərs keçilib.
Elnarın valideyni Səfurə Həsənova yaradılan şəraitə görə minnətdarlığını bildirib.
Ərhan Novruzov