Alma sirkəsi insan orqanizmində bir çox problemin həlli üçün əla vasitədir.
Mütəxəssislər isə alma sirkəsinin bilinməyən faydalarını açıqlayıblar.
NUHÇIXAN sirkənin sözügedən faydalarını təqdim edir:
- Bağırsaqlara antiseptik təsir edir, disbakterioz zamanı faydalıdır.
- Qanı duruldur, damarlarda trombların əmələ gəlməsi riskini azaldır.
- Damarların sağlamlığını qoruyur, varikoz zamanı kömək edir.
- Ürəyin fəaliyyətini yaxşılaşdırır, təzyiqi normaya salır. Xüsusilə də yüksək təzyiqin qənimidir.
- Bağırsaqlarda qurdları öldürür.
- Arıqlamağa kömək edir.
- Sinir sisteminə müsbət təsir edir.
- Piylərin parçalanmasını sürətləndirərək arıqlamağa kömək edir.
1 stəkan suya 1 x.q. təbii alma sirkəsini əlavə edin və gündə 1 dəfə yeməkdən 30-40 dəqiqə sonra için.
Nəzərinizə çatdıraq ki, alma sirkəsini çoxlu miqdarda qəbul etmək olmaz. Çünki bəzi mədə-bağırsaq sistemi xəstəlikləri zamanı alma sirkəsinin qəbulu ziyanlı ola bilər. Bu səbəbdən istifadə etməzdən əvvəl həkimlə məsləhətləşin.