Naxçıvan şəhər prokurorluğu tərəfindən Qaraçuq kəndində maarifləndirici tədbir keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, vətəndaşların iştirakı ilə keçirilən görüşdə Naxçıvan şəhər prokurorluğunun müstəntiqi Əşrəf Quliyev  "Vətəndaşların müraciət etmək hüququ"  mövzusunda çıxış edib.

Bildirib ki, vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Bu zaman vətəndaşlar hüquq və azadlıqlarının həyata keçirilməsi, həmçinin pozulmuş hüquq və azadlıqlarının bərpası və müdafiəsi ilə bağlı dövlət orqanlarına şəxsən və ya nümayəndə vasitəsi ilə yazılı, o cümlədən elektron, yaxud şifahi formada müraciət edə bilərlər.

Naxçıvan şəhər prokurorunun köməkçisi Aygül Əsədova isə "Qanunvericiliyimizdə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı" mövzusunda çıxışında bildirib ki,  ailə qanunvericiliyində doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Doğum haqqında yazılı və ya şifahi məlumatlar valideynlər və ya onların biri tərəfindən verilir, valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda, məlumat qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən həll olunur.

Görüş  zamanı verilən suallar prokurorluq əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: