NUHÇIXAN xəbər verir ki, Dövlət Baytarlıq Xidməti və İqtisadiyyat Nazirliyi təşkilatçılığı ilə muxtar respublikanın şəhər və rayonlarında özəl ət kəsimi məntəqələri yaradılacaq. Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin fevralın 17-də təsdiq etdiyi “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nda qeyd olunur.