Miqrasiya proseslərinə nəzarət gücləndirilir

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə  həyata keçirilən tədbirlər yanvar ayında da davam etdirilib.

Xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 35 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülübdür.

Ötən ay Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 591 müraciət daxil olub. Həmin müraciətlərdən 98-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazələrin verilməsi və yenidən rəsmiləşdirilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, müvəqqətiolma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olubdur. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.

Ötən dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı 493 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 220-si elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edillib,  maarifləndirmə tədbirləri aparılıbdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: