Şərur rayonunda torpaq və əkin sahələrində meliorativ tədbirlərə başlanılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şərur rayonunda torpaq və əkin sahələrində meliorativ tədbirlərə başlanılıb.

Meliorativ tədbirlər çərçivəsində ilkin olaraq əkin sahələrinə gedən su arxları və suvarma kanalları genişləndirilir. Eyni zamanda kollektor və drenajlar lildən təmizlənir. Muğanlı, Qorçulu, Dəmirçi, Qarxun, Yengicə, Xanlıqlar və digər yaşayış məntəqlərinin ərazisində həyata keçirilən  meliorativ tədbirlərə 10-dan artıq texnika cəlb olunub.

Qısa vaxtda 9 kilometrə yaxın məsafədə lildən təmizləmə işləri aparılıb. Hazırda Muğanlı kəndinin ərazisində torpaqların əkin dövriyyəsinə cəlb olunması məqsədilə kollektor və drenajlar lildən təmizlənir. Bu işlər başa çatdıqdan sonra torpaq sahələrində qurunt sularının səviyyəsi aşağı düşəcək və həmin ərazilərdə müxtəlif əkinlər həyata keçiriləcək.

Həmçinin, Oğlanqala kəndinin ərazisindəki suvarma arxlarında aparılan lildən təmizləmə işləri də artıq yekunlaşmaq üzrədir.

Qeyd  edək ki, rayonda  87 min  hektardan artıq ümumi torpaq sahəsi var. Bunun 25 min hektardan çoxu əkinə yararlıdır.

 

 

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: