Kəngərli rayonunda bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, müşavirədə Kəngərli rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov rayonda  bədən tərbiyəsi və idmanın inkişafı üçün yaradılan  müasir şəraitdən danışıb. İcra başçısı bildirib ki, hazırda rayonda şahmat məktəbi, uşaq-gənclər idman məktəbi, mərkəzi stadion, süni örtüklü mini futbol meydançası, məktəblərdə müasir idman zalları və açıq idman qurğuları idmanla məşğul olanların istifadəsindədir. İdmana göstərilən qayğının nəticəsidir ki, hazırda rayonun Qabıllı kəndində yeni süni örtüklü mini futbol meydançası tikilməkdədir.

Qeyd olunub ki, Gənclər və İdman İdarəsi və idman federasiyalarının rayon bölmələri idman növlərinin inkişaf etdirilməsi, uşaq və gənclərin idmana cəlbi, idman yarışlarının kütləviliyinin artırılması sahəsində fəaliyyətlərini gücləndirməli, idmanın müxtəlif növləri üzrə rayon birinciliklərinin keçirilməsi davam etdirilməlidir. Diqqətə çatdırılıb ki, Gənclər və İdman İdarəsi Uşaq-Gənclər Şahmat Məktəbi ilə birgə oktyabr ayında Naxçıvan şəhərində keçiriləcək 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadasında  və idman federasiyalarının rayon bölmələri ilə birgə 2020-ci ildə Naxçıvan Şəhərində keçiriləcək “İdman festivalı”nda idmançıların iştirakını təmin etməlidir. Şərur Olimpiya İdman Kompleksində idmanın üzgüçülük və digər növləri üçün yaradılan şəraitdən istifadə olunmalı, uşaq və gənclər üzgüçülüyə cəlb edilməlidir.

Məruzə ətrafında Kəngərli Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüsal Hüseynzadə, Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı və Kəngərli rayon Uşaq-gənclər şahmat məktəbinin direktoru Əli Hüseynzdə görülən işlərdən bəhs ediblər.

Tədbirin sonunda bədən tərbiyəsi və idman sahəsində fərqlənən məşqçilərə və idmançılara qiymətli hədiyyələr təqdim edilib.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: