Fevralın 19-da Azərbaycanda ən yüksək temperatur Mərkəzi Aran rayonlarında qeydə alınacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NUHÇIXAN-a verilən məlumata görə, Mərkəzi Aran rayonlarında havanın temperaturunun gündüz 8-13° isti olacağı ehtimal edilir.
Ölkə ərazisində ən aşağı temperatur isə Naxçıvan Muxtar Respublikasında və Yuxarı Qarabağ zonasında müşahidə olunacaq. Belə ki, həmin bölgələrdə gecə 2-7° şaxta olacağı proqnozlaşdırılır. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasının dağlıq ərazilərində gecə 10-15° şaxta olacaq.
Bakıda və Abşeron yarımadasında isə havanın temperaturunun gecə 4-6°, gündüz 8-11° isti olacağı gözlənilir.