Şərur rayonunda 8 min 207 nəfər şagird şahmatın sirlərini öyrənir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, müşavirədə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən «2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında imzalanan Sərəncamın əhəmiyyətindən danışıb.

Qeyd olunub ki, Muxtar respublikanın hər yerində olduğu kimi, Şərur rayonunda da idmanın bütün sahələrinin maddi-texniki bazası möhkəmləndirilib, müasir idman məktəbləri, idman qurğuları tikilib, ayrı-ayrı idman növləri üzrə 13 federasiya bölməsi yaradılıb, idmanla məşğul olanların sayı 7 min nəfəri ötüb. Hazırda rayonun ümümtəhsil məktəblərində idmanın tədrisi və gənclərin fiziki hazırlığı ilə 102 müəllim məşğul olur. 2019-cu ildə Şərur Olimpiya İdman Kompleksi yeniyetmələr arasında futbol üzrə beynəlxalq turnirə ev sahibliyi edib.

Vurğulanıb ki, Avropa birinciliklərində və beynəlxalq turnirlərdə ağır atletika üzrə idmançılarımız Tərmenxan Babayev 2 qızıl, boks üzrə Alişan İsmayılov 1 gümüş, karete-do üzrə Fədayə Hüseynova 1 qızıl, Ayşən Yusifova və Günel Mahmudova hərəsi 1 gümüş medal qazanıblar. Azərbaycan çempionatlarında isə ağır atletika üzrə idmançılarımız Tərmenxan Babayev 3 qızıl, Gülcahan Əliyeva 2 qızıl, 1 gümüş, Həsən Babayev isə 1 qızıl medala layiq görülüblər.

Hazırda rayon üzrə 117 nəfər sertifikatı olan şahmat müəllimi vardır ki, onlardan 107-si 8 min 207 nəfər şagirdə şahmatın sirlərini mənimsədir.

Kamal Cəfərov əldə olunan digər uğurları sadalayıb,  Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, federasiya bölmələrinin rəhbərləri, «Şərurun səsi» qəzetinin redaksiyası bədən tərbiyəsi və idmanın inkişafı üçün sistemli tədbirlərin həyata keçirməsi ilə bağlı tapşırıqlar verib.

Tədbirin sonunda bədən tərbiyəsi və idman sahəsində fərqlənən məşqçilərə və idmançılara qiymətli hədiyyələr təqdim edilib.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: