Tələbələr üçün “Özgüvənin həyatımızda rolu” mövzusunda təlim olub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda tələbələr üçün “Özgüvənin həyatımızda rolu” mövzusunda təlim keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və “Optimal” Qrup MMC-nin təşkilatçılığı ilə keçirilən təlimdə institutun 130 nəfər tələbəsi iştirak edib.

Təlimdə “Optimal” Qrup MMC-nin psixoloqu Əsmər Rzayeva çıxış edərək gənclərdə özünəinamın formalaşdırılması, müsbət düşüncənin davranışa təsiri və s. psixoloji məsələləri diqqətə çatdırıb.

Sonda mövzu ətrafında gənclərlə birlikdə müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: